Rüstəm Orucov “World Masters”də 3-cü yerə çıxdı

Meksikanın Qvadalaxara şəhərində olimpiya oyunlarına son lisenziya xarakterli “World Masters” turniri davam edir. Allsport.az xəbər verir ki, turnirin 2-ci günü də Azərbaycan millisi fərqlənib. Rüstəm Orucov (73 kq) hesabına daha bir medal yazdırıb.

O, ilk olaraq Birləşmiş Ərəb Əmirlikləri cüdoçusu Viktor Skvortovu, sonra belçikalı Dirk van Tileti məğlub edib. Lakin yarımfinalda Yaponiya təmsilçisi Soiçi Haşimotoya uduzub. İdmançımız bürünc medal uğrunda mübarizədə koreyalı Çangrim An ilə qarşılamalı idi. Lakin rəqibi tamami üzərinə çıxmayıb və Rüstəm Orucov bürünc medala sahib olub.

Xatırladaq ki, yarışın ilk günündə Orxan Səfərov (60 kq) qızıl və Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıb. Qeyd edək ki, 51 ölkədən 235 idmançının (117 kişi, 118 qadın) mübarizə apardığı “World Masters” turnirində Azərbaycan millisi 7 cüdoçu ilə təmsil olunur.

Həmin kateqoriyadan