Rüstəm Orucovdan Qinqdao qran-prisində gümüş medal

Çinin Qinqdao şəhərində cüdoçular arasında qran-pri davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə daha bir təmsilçimiz fəxri kürsüyə çıxıb. 73 kq-da mübarizə aparan Rüstəm Orucov finala qədər inamla irəliləyib.

Həlledici tutaşmada Yaponiya idmançısı Soiçi Haşimotoya məğlub olan idmançımız gümüş medalla kifayətlənib. Digər iki cüdoçumuz – Abdülhaqq Rəsullu (81 kq) və Hüseyn Rəhimli (81 kq) ilkin mərhələdə mübarizəni dayandırıb.

Qeyd edək ki, turnirin ilk günündə milli komandamızın üzvləri İlqar Müşkiyev (60 kq) və Nicat Şıxəlizadə (66 kq) 1-ci yeri tutublar. Qran-prilərdə ilk 7 yeri tutanlar müvafiq olaraq 300, 180, 120 (3), 80 (5), 54 (7) lisenziya xalı qazanırlar.

Həmin kateqoriyadan