VİDEO
Səbinə Əzimova: Bundan da yaxşı çıxış edə bilərdim

Qadın ağırlıqqaldıranların ölkə çempionatında qalib adını Səbinə Əzimova qazanıb. Allsport.az saytı xəbər verir ki, o, Sinkleyr cədvəli üzrə 169 kq (74+95) nəticə ilə 253.42 xal toplatıb. İstedadlı idmançı qələbə sevincini AAAF TV ilə bölüşüb:

“Yarış çox yaxşı keçdi, çalışdım və nəticə də qazandım. Gələn yarışlarda da yaxşı nəticələr əldə etməyə çalışacam. Baş məşqçi başda olmaqla, bütün məşqçilərimə təşəkkürümü bildirirəm”.

Onun şəxsi məşqçisi Taleh Hüseynov da AAAF TV-yə müsahibə verərək idmançının çıxışını dəyərləndirib və ölkə çempionatının yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Həmin kateqoriyadan