Səfir kuboku başa çatıb

Allsport.az xəbər verir ki, Göygöl olimpiya idman kompleksində cüdo üzrə 13 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında “Yaponiya-Azərbaycan dostluğu” Səfir kuboku keçirilib.

Yarışın açılışında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan və Yaponiya dövlət himnləri səsləndirilib.

Mərasimdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi, Göygöl rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev və ACF-in idman direktoru Kamran Talıbov çıxış edərək yarışda iştirak edən idmançılara uğurlar arzulayıblar.

Yarışda ümumilikdə 47 klub, cəmiyyət və idman təşkilatından olan 300-ə yaxın qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində qaliblər bəlli olub.

Turnirin keçirilməyində əsas məqsəd Yaponiya-Azərbaycan dostluq əlaqələrinin gücləndirilməsinə dəstək göstərmək, eyni zamanda kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, cüdoçuların yarış təcrübəsinin artırmaq, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Medalçıları təqdim edirik:

Qızlar

25 kq

  1. Bahar Musayeva
  2. Aliyə Qulubəyova
  3. Məlahət Məmmədzadə

28 kq

  1. Nuray Ağahüseynzadə
  2. Zeynəb Əsədova
  3. Səmra Hacızadə
  4. Özləm Əliyeva

32 kq

  1. Aygül Nadirli
  2. Məryəm Nurullazadə

36 kq

  1. Aysel İsmayılova
  2. Leyla Həsənova
  3. Mələk Vəliyeva

40 kq

  1. Məleykə Əsədova

44 kq

  1. Zəhra Mədətzadə
  2. Zeynab Həsənova
  3. Hilay Həbibli

Oğlanlar

27 kq

  1. Cahandar Qulizadə
  2. Kənan Gəncəliyev
  3. Ülvü Məcidli
  4. Əli Quluzadə

30 kq

  1. Məhəmməd Şahverdili
  2. Abdulla Xudiyev
  3. Tunar Abdullah
  4. Firudin Şərifzadə

34 kq

  1. Əli Qurbanlı
  2. Eldar Xəlilov
  3. Ömər Bağırov
  4. Nihad İsmayılov

38 kq

  1. Yusif Şahverdili
  2. Məğrur Allahverdiyev
  3. Coşqun Məmmədli
  4. Saləddin Hüseynli

42 kq

  1. Yusif Qurbanov
  2. Kərim Hübətov
  3. Yavər Musayev
  4. İlham Həsənov

46 kq

  1. Mirrəhim Soltanov
  2. Abdulrəhman Manafov
  3. Hüseyn Ələsgərov
  4. Mustafa Sultanov

50 kq

  1. Murad Şirinov
  2. Dəniz Abbasov
  3. Əli Hüseynov
  4. Elmir Tağızadə

50 kq-dan yuxarı

  1. Baxış Əhmədov
  2. Ayxan Qurbanzadə
  3. Fuad Kərimzadə
  4. Rövşən Əhədli

Həmin kateqoriyadan