Şəhid övladları Esports arenasında qonaq olublar

Gənclər və idman nazirliyi, elektron idman növləri federasiyası, əmək və əhalinin sosial müdafiəsi nazirliyinin tabeliyində sosial xidmətlər agentliyinin birgə təşkilatçılığı ilə şəhid övladları Qafqazın ən böyük Esports arenasında qonaq olublar.

Allsport.az saytı xəbər verir ki, uşaqlara elektron idman növlərinin dünyada və Azərbaycanda inkişafı, eləcə də mötəbər yarışlara hazırlıq barədə məlumat verilib. Sonra şəhid övladları seçimlərinə uyğun olaraq elektron idman oyunlarında özlərini geymer kimi sınayıb.

Maraqlı anlarla yadda qalan tədbirin sonunda uşaqlara xatirə hədiyyələri təqdim olunub.

Həmin kateqoriyadan