- Baxış sayı: 46
- 22 İyun 2026 10:05
- Baxış sayı: 209
- İyun 23, 2026
- 0

Tanınmış cüdoçu, əslən Cənubi Azərbaycanın Urmiya şəhərindən olan soydaşımız, Tokio olimpiadasının gümüş mükafatçısı, dünya və 2-qat Asiya çempionu, milli komandamızın üzvü Səid Mollayi bundan sonra idman karyerasını “Cüdo klub 2012”də davam etdirəcək.
Allsport.az saytı xəbər verir ki, onunla klub arasında müqavilənin imzalanması mərasiminə ACF-in vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli, federasiya prezidentinin müşaviri Natiq Bağırov, “Cüdo klub 2012” ictimai birliyinin sədri Azər Əsgərov, klubun icraçı direktoru Mübariz Cəfərov qatılıblar.