Şəmkir şahmat üzrə superturnirə hazırdır

16-26 apreldə mərhum şahmatçımız, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess2015” superturniri üçün bütün hazırlıq işləri başa çatıb. Allsport.az saytı xəbər verir ki, artıq dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionu Vişvanatan Anand Şəmkir şəhərindədir.

Burada təşkil olunan mötəbər yarışda dünyanın aparıcı qrossmeysterləri hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand və Vladimir Kramnik eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Maykl Adams, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov mübarizə aparacaqlar.

Tədbir Şəmkir şəhərində yerləşən Heydər Əliyev mərkəzində təşkil olunacaq. Super-turniri canlı olaraq www.shamkirchess.az veb səhifəsindən və ya mərkəzdən izləmək olar. Bütün oyunlar azərbaycan, rus və inglis dillərində şərh olunacaq.

“Synergy Group”un təşkilatçılığıyla baş tutan turnirin açılış mərasimi aprelin 16-da Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. Yarışın ilk turu aprelin 17-də saat 15-də start götürəcək.

Həmin kateqoriyadan