VİDEO
Sərbəst güləşçilər dünya çempionatına paytaxtda hazırlaşır

2-10 oktyabrda Norveç paytaxtı Osloda dünya çempionatı keçiriləcək. Allsport.az saytı saytı xəbər verir ki, sərbəst güləş üzrə yığmamız məsul yarışa Bakıda hazırlaşır. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə toplanış sentyabrın 30-dək davam edəcək.

Millimiz Osloya sentyabrın 30-da yollanacaq. Oktyabrın 1-də “sərbəstlər”də püşkatma olacaq. Növbəti gün 61, 74, 86 və 125 kq-da yarışa start veriləcək. Oktyabrın 3-də 57, 65, 79 və 92, ayın 4-də isə 70 və 97 kq-da çıxış edənlər mübarizəyə qoşulacaq. Bu növdə yarışa oktyabrın 5-də yekun vurulacaq.

Həmin kateqoriyadan