Sərbəst güləşçilərimiz komanda hesabında 2-ci yeri tutub

Fransanın Makon şəhərində gənclərin dünya birinliyində “sərbəstlər”imiz komanda hesabında 49 xal toplayaraq, yalnız Rusiyadan (66) geridə qalıb. Allsport.az saytı xəbər verir ki, Türkiyə yığması 43 xalla 3-cü olub.

Böyük məşçqi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi ilə yarışa qatılan millimiz 1 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub.

Qızıl medalı yığmamıza 55 kq çəkidə çıxış edən Əfqan Xaşalov qazandırıb. Umar İsrailov (120 kq) gümüş, Əliabbas Rzazadə (50 kq), Orxan Abbasov (66 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) bürünc medala yiyələnib.

 

Həmin kateqoriyadan