“Sərhədçi”də şəhid Müşviq Abbasovun xatirəsinə cüdo turniri keçirilib

“Sərhədçi” olimpiya idman mərkəzində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Müşviq Abbasovun xatirəsinə həsr olunan 16 yaşa qədər yeniyetmə oğlanlar arasında “Qəbələ” idman klubunun açıq cüdo turniri keçirilib.

Allsport.az saytı xəbər verir ki, yarışın açılışında dövlət himni səsləndirilib. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Turnirdə 21 klub, cəmiyyət və idman təşkilatından olan 167 cüdoçu medallar uğrunda mübarizə aparıb. 8 çəki dərəcəsində qaliblər müəyyənləşib.

Azərbaycan silahlı qüvvələrinin əsgəri olan Müşviq Qabil oğlu Abbasov 2-ci Vətən müharibəsi zamanı Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə o, ölümündən sonra “Ağdamın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Həmin kateqoriyadan