- Baxış sayı: 59
- 11 May 2026 15:09
- Baxış sayı: 34
- May 11, 2026
- 0

Basketbol üzrə super liqada 10-cu turun bir oyunu keçirilib. Allsport.az xəbər verir ki, turun ilk qarşılaşmasında “Zirvə” “Sərkərdə” ilə üz-üzə gəliblər.
Adı 2-ci çəkilən komanda rəqibə yalnız 1-ci hissədə müqavimət göstərə bilib. Qalan hissələrdə lider heç bir fürsət verməyərək inamlı qələbəyə imza atıb – 103:86 (21:20, 25:16, 26:15, 31:35).
“Atom” – “Sıçrayış”, “Gəncə” – “Xırdalan” və “80-lər – “Atletik” oyunları isə Texniki universitetin basketbol zalında yaranan problemlərlə əlaqədar təxirə salınıb.
“Atom” – “Sıçrayış” və “Gəncə” – “Xırdalan” matçları bu gün keçiriləcək. “80-lər” – “Atletik” qarşılaşması isə gələn həftə baş tutacaq.