- Baxış sayı: 47
- 22 İyul 2026 21:14
- Baxış sayı: 109
- İyul 22, 2026
- 0

Fransalı müdafiəçi Malanq Sarr karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Allsport.az xəbər verir ki, 27 yaşlı futbolçu NEOM klubu ilə müqavilə imzalayıb.
Sarr “Lans”dan ayrıldıqdan sonra azad agent statusunda idi.
Onunla Türkiyənin “Fənərbağça” klubu da yaxından maraqlansa da, tərəflər maaş məsələsində razılığa gələ bilməyiblər. Bundan sonra fransalı müdafiəçi NEOM-un təklifini qəbul edib və ərəb klubuna keçib.
Malanq Sarr karyerası ərzində “Nitsa”, “Çelsi”, “Portu”, “Monako” və “Lans”ın formasını geyinib. O, “Çelsi” ilə UEFA çempionlar liqasının, UEFA superkubokunun və klublararası dünya çempionatının qalibi olub.