“Sabah” çempionluğun bir addımlığında

Azərbaycan basketbol liqasında (ABL) “Sabah”-“Neftçi” final super sıralamasın 5-ci oyunu baş tutub.

Allsport.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən oyuna “Sabah” basketbolçuları üstün başlayıblar və yekunda “Neftçi” üzərində 107-89 hesablı qələbəyə seviniblər. Bu qələbə ilə birlikdə “bayquşlar” final zolağında ümumi hesabı 3-2 edib.

Final sıralamasının 6-cı oyunu 14 mayda oynanılacaq. Zolaqda ən tez 4 qələbə qazanmış klub 2024/25-ci illər mövsümünün çempionu olacaq.

Həmin kateqoriyadan