“Sabah yaxşı nəticə ilə xalqımızı sevindirmək istəyirik”

Sabah Avropa çempionatı-2024-ün seçməsində “F” qrupunda “Dalğa arena”da Azərbaycan millisi Belçika futbolçularını qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, bu gün mətbuat konfransında yarımmüdafiəçi Coşqun Diniyev bunu deyib:

“Sabah yaxşı nəticə ilə xalqımızı sevindirmək istəyirik. Milli komandada oynamaq şərəfdir. Hər zaman əsas heyətdə yer almaq istəmişəm.

Legionçu həyatı yaşamaq arzum da məhz bununla bağlıdır. Belçika ilə matçda istədiyimiz nəticəni əldə edəcəyimizə ümid edirəm”.

Həmin kateqoriyadan