“Sabahkı oyunda uğurlu nəticə qazanmağa çalışacağıq“

“Ay-ulduzlular”ımız sabah Avro-2024-ün ələməsində Tofiq Bəhramov adına respublika stadionunda İsveç futbolçularını qəbul edəcək. Allsport.az xəbər verir ki, komandamızın baş məşqçisi Canni de Byazi mətbuat konfransında bunu deyib:

”Sabahkı oyunda uğurlu nəticə qazanmağa çalışacağıq. Komanda olaraq maksimum gücümüzlə oynayırıq, hətta daha artığını edirik. Heç kim deyə bilməz ki, meydanda əlimizdən gələni etmirik. Təbii ki, mən də hər oyunda qələbə qazanmaq istəyirəm.

Müdafiədə və ya hücumda səhvlər edirik, bu, bizə baha başa gəlir. Amma rəqibləri də nəzərə almaq lazımdır. Sabah qələbə qazansaq, qrupda İsveç millisinə çatmış olacağıq. Bunu reallaşdırmağa çalışacağıq. Ardından qrupdakı son oyun barədə düşünəcəyik”.

Həmin kateqoriyadan