“Sabah”la “Sumqayıt” finalda

12 yaşa qədər oğlanlar arasında U-12 basketbol liqasının yarımfinal oyunları baş tutub.

Allsport.az xəbər verir ki, Bakı idman sarayında keçirilmiş günün ilk oyununda “Sabah” U-12 və NTD U-12 komandaları üz-üzə gəliblər.

“Bayquşlar” rəqibinə 42-39 hesabı ilə qalib gələrək ilk finalçı olub. Günün ikinci oyununda gənclər şəhərinin təmsilçisi “Sumqayıt” U-12, “Naxçıvan” U-12 komandasına qarşı oyunda geridönüş edərək 50-49 hesablı qələbəyə sevinib və adını finala yazdırıb.

Yarımfinal oyunlarında qeydə alınmış hesablara əsasən “Sabah” U-12 və “Sumqayıt” U-12 komandaları final, “Naxçıvan” U-12 və NTD U-12 komandaları isə 3-cü yer uğrunda oyunlarda iştirak edəcəklər.

Oyunlar mayın 28-də keçiriləcək.

Həmin kateqoriyadan