- Baxış sayı: 583
- 07 May 2026 16:16
- Baxış sayı: 160
- May 08, 2026
- 0

Sabirabad şəhərində Azərbaycan cüdo federasiyasının (ACF) təşkilatçılığı ilə cüdo kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Allsport.az xəbər verir ki, şəhərin cüdo təlim mərkəzində 129 cüdoçu müvafiq yaş uyğunluğuna əsasən müxtəlif kəmər dərəcələri üzrə imtahan verib.
Sınaqdan uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.
Qeyd edək ki, tədbir idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, o cümlədən gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.