- Baxış sayı: 587
- 07 May 2026 16:16
- Baxış sayı: 169
- May 08, 2026
- 0

İyulun 24-də Tokio olimpiadasında cüdo yarışına start veriləcək. Allsport.az saytı xəbər verir ki, bu idman növü tarixində ölkəmiz ilk dəfə 9 nəfərlə təmsil olunacaq. Artıq Yaponiya paytaxtında olan millimiz Kodakanda məşq ediblər.
ACF-in vitse-prezidenti Sadıq Sadıqov da komandamızı izləyib. Cüdoda püşkatma mərasimi iyulun 22-də Bakı vaxtı ilə saat 09:00-da olacaq. İlk olaraq Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) çıxacaqlar. Olimpiadada cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək.