Sadıq Sadıqov Məkkədə ümrə ziyarətində

«Böyük dəbilqə» yarışına ciddi hazırlaşan Cüdo federasiyası yarışın yüksək səviyyədə təşkili üçün bütün gücünü səfərbər etdi. Allsport.az saytı xəbər verir ki, tədbirin açılışından və keçirilməsindən məmnun qalan xarici qonaqlar, belə yarışların gələcəkdə də Azərbaycanda təşkilini arzulayıblar.

Beynəlxalq yarışdan sonra, ACF üzvlərinə bir həftəlik istirahət verilib. Bundan istifadə edən vitse-prezident Sadıq Sadıqov ümrə ziyarətinə yollanıb. Hazırda Məkkə şəhərində olan idman adamı, növbəti müsəlmanlıq borcunu yerinə yetirir. Xeyli müddətdir hacı titulunu daşıyan Sadıq Sadıqovun dində mühavizakar, əhli-beyt tərəfdarı olduğu söylənilir.

Həmin kateqoriyadan