Sadıq Sadıqov və Nicat Şıxəlizadə BCF tərəfindən mükafatlandırıldı

Son illər ölkəmizdə cüdonun inkişaf etdirilməsində böyük xidmətləri olmuş ACF-in sabiq vitse-prezidenti Sadıq Sadıqov BCF-in yüksək etimadını qazanıb. Allsport.az saytı xəbər verir ki, bu münasibətlə o, “Böyük dəbilqə”nin təşkil olunduğu Heydər Əliyev adına idman sarayında mükafatlandırılıb.

Azərbaycanda cüdonun inkişafı və təbliğində göstərdiyi xidmətlərə görə Beynəlxalq cüdo federasiyasının prezidenti Marius Vizer ona bu odman nözüvünün banisi Ciqoro Kanonun nüfuzlu “Herend” şirkəti tərəfindən xüsusi hazırlanmış büstünü təqdim edib.

Sonra ali qonaq zəngin karyerası, dünya çempionatının medalçısı, yaxınlarda idmançı karyerasını başa vurmuş Nicat Şıxəlizadəyə də eyni mükafatı təqdim edib.

Həmin kateqoriyadan