Sadıq Sadıqov Yaponiyada dünya çempionatında iştirak millinin üzvləri ilə görüşüb

Tokioda cüdo federasiyasının vitse-prezidenti Sadıq Sadıqov dünya çempionatında iştirak edəcək milli komandalarımızla ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko və qadınların baş məşqçisi Rəşad Məmmədov nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər. Onlar müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar. Hər iki mütəxəssis, həmçinin millimizin üzvləri mundialda layiqli nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini söyləyiblər.

Sadıq Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O, federasiya rəhbərliyi adından cüdoçulara dünya çempionatında uğurlar arzulayıb. Qeyd edək ki, cüdo üzrə dünya çempionatı avqustun 25-dən sentyabrın 1-dək Tokioda keçiriləcək. Olimpiya oyunları öncəsi sonuncu dünya çempionatında 148 ölkədən cüdoçular mübarizə aparacaqlar.

Azərbaycanı nüfuzlu yarışda 15 cüdoçu (8 kişi, 7 qadın) təmsil edəcək.

Həmin kateqoriyadan