Samir Məsimovun komandası “Olimpiya”ya uduzdu

Sloveniya çempionatında 30-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun çıxış etdiyi “Domjale” də növbəti matçına çıxıb.

Bu komanda doğma meydanda lider “Olimpiya” ilə qarşılaşıb. Matç “sarı-göylər”in məğlubiyyəti ilə başa çatıb – 0:1. Məsimovun adı bu görüşün iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, “Domjale” geridə qalan turlarda topladığı 46 xalla üçüncü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan