- Baxış sayı: 51
- 21 Sentyabr 2026 21:32
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

Allsport.az xəbər verir ki, Bosniya və Herseqovinada Avropa Kubokunun ilk günündə 6 cüdoçumuz tatamiyə çıxacaq
Bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa kuboku turnirində 3 çəki dərəcəsində 6 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
Turnirin ilk günündə kişilər arasında 60 kq çəkidə Rövşən Əliyev, 66 kq çəkidə Tofiq Əliyev, Ruslan Paşayev və Kamran Süleymanov, 73 kq çəkidə isə İbrahim Əliyev və Telman Vəliyev güclərini sınayacaq.