“Sea Breeze”də şahmat festivalı

Gənclər və idman nazirliyi, elm və təhsil nazirliyi və Azərbaycan şahmat federasiyasının dəstəyi, “LANDAU School” təhsil kompleksinin təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında dördüncü şahmat festivalının açılış mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, sayca dördüncü dəfə baş tutan turnirin açılış mərasimində federasiyanın birinci vitse-prezidenti Faiq Həsənov, “LANDAU School”un təsisçisi Timur Leznik, elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev çıxış edərək turnirin ölkədə şahmatın inkişafına və yeniyetmələrin bu idman növünə olan marağının artmasına dəstək olduğunu bildirib.
“LANDAU School”un təsisçisi Timur Leznik turnirin təşkilatçılığında göstərdiyi dəstəyə görə Faiq Həsənova xatirə hədiyyəsi təqdim edib.
İyunun 22-də başa çatacaq turnir təhsil kompleksinin “Sea Breeze” korpusunda təşkil olunur. Yarışlar 8,10,12 yaşadək oğlan və qızlar arasında – şəxsi və komanda hesabında keçirilir. Turnirdə müxtəlif şəhər və rayonlardan 150 yeniyetmə mübarizə aparır.
Festivalın baş hakimi Qüdrət İsmayılovdur.

Həmin kateqoriyadan