Serbiya Avropa çempionatına vəsiqə qazandı

Bu gün Avro-2024-ün seçmə mərhələsində son tura start verilib.

Allsport.az xəbər verir ki, 4 qrupda oyunlara yekun vurulub.

Əsas mübarizə “G” qrupunda gedib. İkinci vəsiqə uğrunda Serbiya və Monteneqro yığmaları mübarizə aparıblar. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan serblər doğma azarkeşlər qarşısında Bolqarıstanla heç-heçə oynayıblar. Qazanılan bir xal Serbiyanı Avropa çempionatının final mərhələsinə yüksəldib. Monteneqro səfərdə Macarıstana uduzub.

A qrupu
23:45. Şotlandiya – Norveç – 3:3
Qollar: 
Makkin, 13 (pen.). Ostiqard, 33 (öz qapısına). Armstronq, 59 – Donnum, 3. Larsen, 20. Elyunissi, 86
23:45. İspaniya – Gürcüstan – 3:1
Qollar: Le Normand, 1. Ferran Torres, 55. Loçoşvili, 72 (öz qapısına)- Kvaratsxeliya, 10
Xal durumu: İspaniya – 21 (8), Şotlandiya – 17 (8), Norveç – 11 (8), Gürcüstan – 8 (8), Kipr – 0 (8).

F qrupu
21:00. Belçika – Azərbaycan – 5:0
Qollar: 
Lukaku, 17; 26; 30; 37. Trossard, 90
21:00. İsveç – Estoniya – 2:0
Qollar: 
Klaesson, 22. Forsberq, 55
Xal durumu: Belçika – 20 (8), Avstriya – 19 (8), İsveç – 10 (8), Azərbaycan – 7 (8), Estoniya – 1 (8).

G qrupu
18:00. Macarıstan – Monteneqro – 3:1
Qollar: 
Szoboslai, 67; 68. Naqi, 90+4 – Rubeziç, 36
18:00. Serbiya – Bolqarıstan – 2:2
Qollar: 
Velykoviç, 17. Babiç, 82 – Rusev, 59. Despodov, 69
Xal durumu: Macarıstan – 18 (8), Serbiya – 14 (8), Monteneqro – 11 (8), Litva – 6 (8), Bolqarıstan – 4 (8).

J qrupu
23:45. Bosniya və Herseqovina – Slovakiya – 1:2
Qollar: 
Hrosovski, 49 (öz qapısına) – Bozenik, 52, Satka, 71
23:45. Lixtenşteyn – Lüksemburq – 0:1
Qollar: 
Rodriges, 69.
23:45. Portuqaliya – İslandiya – 2:0
Qollar: 
Bruno Fernandes, 37. Horta, 66
Xal durumu: Portuqaliya – 30 (10), Slovakiya – 22 (10), Lüksemburq – 17 (10), İslandiya – 10 (10), Bosniya və Herseqovina – 9 (10), Lixtenşteyn – 0 (10).

Həmin kateqoriyadan