“Sevindirici haldır ki, artıq dünyanın ən güclü cüdoçuları təlim-məşq üçün ölkəmizə yollanır”

Azərbaycan cüdo federasiyasının təşkilatçılığı ilə Göygöl olimpiya idman kompleksində beynəlxalq təlim-məşq keçirilir. Allsport.az saytı xəbər verir ki, millimizin kapitanı Rüstəm Orucov (73 kq) oktyabrda Daşkənddə dünya çempionatında hədəfini açıqladı:

“Yurd dışında çoxlu hazırlıqlarda olmuşuq. Sevindirici haldır ki, artıq dünyanın ən güclü cüdoçuları təlim-məşq üçün ölkəmizə yollanır. Yüksək səviyyədə çalışırıq. Bunun faydasının görəcəyimizə inanıram. Hazırda agır məşqlər – yükləmələr gedir.

Yenə də özümü yaxşı hiss edirəm. Baxmayaraq ki, qismən yorğunluq var. Hər şey plan üzrə gedir. Bildiyim qədər, əsas rəqibim, yaponiyalı Syoxey Ono bu dünya çempionatında iştirak etməyəcək. Amma başqa güclü cüdoçular da var. Hazırlaşmaq lazımdır”.

Həmin kateqoriyadan