“Sıçrayış”, “Gəncə” və “Atletik”dən qələbə

Basketbol üzrə super liqada 7-ci tura yekun vurulub. Allsport.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Sıçrayış” “Xırdalan”ı, “Atletik” “Sərkərdə”ni, “Gəncə” “80-lər”i məğlub edib.

İlk oyun günündə də “Atom” məğlubiyyətsiz irəliləyən “Zirvə”yə qalib gəlmişdi.

Azərbaycan super liqası, 7-ci tur
22 noyabr
Atom” – “Zirvə” – 95:89

23 noyabr
Sıçrayış” – “Xırdalan” – 59:58
Atletik” – “Sərkərdə” – 75:74
80-lər” – “Gəncə” – 81:89.

Həmin kateqoriyadan