Cüdo məşqçilərinə BOK-un sertifikatı verilib

17 fevralda Beynəlxalq cüdo federasiyasının akademiyasının proqramına qatılan məşqçilərə sertifikatlar verilib. Allsport.az saytı xəbər verir ki, toplantıda iştirak edən Milli olimpiya komitəsinin baş katibi Azər Əliyev, vitse-prezident Zemfira Meftəhəddinova, Azərbaycan cüdo federasiyasının vitse-prezidenti Elnur Məmmədli və BCF akademiyasının direktoru Envik Qalea, məşqçilərə Beynəlxalq olimpiya komitəsinin iştirakçı nişanlarını təqdim ediblər.

Proqrama 80-dən yuxarı cüdo məşqçisi cəlb edilib. Nəzəri imtahanları uğurla başa vuranlar əyani surətdə imtahan verərək müvafiq sertifikatı əldə etmək imkanı qazanıblar. Məşğələ və sınaq BCF akademiyasının direktoru Envik Qalea, proqram rəhbəri Tibor Kozsla, idman direktoru Daniel Laskau və digər ekspertlər tərəfindən keçirilir.

Həmin kateqoriyadan