- Baxış sayı: 65
- 08 Sentyabr 2026 15:55
- Baxış sayı: 69
- Sentyabr 13, 2026
- 0

Rusiyalı tennisçi Alina Korneva Sinsinnatidə keçirilən VTA-1000 turnirinin təsnifat mərhələsinin finalına yüksəlib.
Allsport.az xəbər verir ki, 18 yaşlı tennisçi 1-ci turda 40 yaşlı Varvara Lepçenkonu 6:3, 6:1 hesabı ilə məğlub edib.
Anna Blinkova Dominika Şalkovanı 6:3, 6:4 hesabı ilə üstələyib. Polina Yatsenko isə Kler Lyuya 4:6, 2:6 hesabı ilə uduzub. O, ilk setdə 4:2 hesabı ilə öndə olsa da, üstünlüyünü qoruya bilməyib.
Anastasiya Zaxarova da Lukretsiya Stefaniniyə 4:6, 2:6 hesabı ilə məğlub olub.
Əsas mərhələyə vəsiqə uğrunda Korneeva Alina Çarayeva, Blinkova isə Eva Lis ilə qarşılaşacaq.