- Baxış sayı: 51
- 17 Sentyabr 2026 14:26
- Baxış sayı: 174
- Sentyabr 17, 2026
- 0

Dünya reytinqində 5-ci pillədə qərarlaşan rusiyalı tennisçi Mirra Andreyeva 2026-cı ildə VTA turnirlərində ən çox “quru set” qazanan idmançı olub.
Allsport.az xəbər verir ki, 19 yaşlı tennisçi yanvar ayından bəri rəqiblərinə qarşı səkkiz seti 6:0 hesabı ilə başa vurub.
Bu göstəricidə ikinci yeri yeddi “quru set”lə ukraynalı Marta Kostyuk tutur.
Andreyeva avqustun 5-də Torontoda keçirilən VTA-1000 kateqoriyalı turnirin ikinci mərhələsində çexiyalı Karolina Plişkova ilə qarşılaşacaq.