- Baxış sayı: 34
- 05 Avqust 2026 23:53
- Baxış sayı: 168
- Avqust 05, 2026
- 0

Dünya reytinqinin üçüncü pilləsində qərarlaşan Aleksandr Zverev ATP-1000 turnirlərində uğursuz göstərici ilə diqqət çəkib.
Allsport.az xəbər verir ki, almaniyalı tennisçi 1990-cı ildən tətbiq olunan hazırkı format dövründə ATP-1000 yarışlarında bir nömrəli səpələnmiş kimi ilk oyunlarının 50 faizini uduzan ilk tennisçi olub.
Statistikaya əsasən, Zverev bu statusda keçirdiyi altı ilk matçın üçündə məğlubiyyətlə üzləşib ki, bu da eyni göstəriciyə malik tennisçilər arasında ən zəif nəticədir.
O, Monrealda keçirilən ATP-1000 turnirinin 2-ci mərhələsində dünya reytinqinin 69-cu pilləsində yer alan Niderland təmsilçisi Tallon Qrikspora 7:6 (7:3), 2:6, 4:6 hesabı ilə uduzub.
Qrikspor növbəti mərhələdə Macarıstan təmsilçisi Fabian Marojanla italiyalı Matteo Arnaldi arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.
Monreal turniri avqustun 2-dən 13-dək davam edəcək. Yarışın mükafat fondu 9,5 milyon ABŞ dollarıdır.