- Baxış sayı: 41
- 17 Sentyabr 2026 14:26
- Baxış sayı: 74
- Sentyabr 17, 2026
- 0

Rusiyalı tennisçi Kristina Lyutova karyerasında ilk VTA titulunu qazanıb.
Allsport.az xəbər verir ki, dünya reytinqinin 229-cu pilləsində qərarlaşan 16 yaşlı idmançı ABŞ-ın Memfis şəhərində keçirilən WTA-250 turnirinin qalibi olub.
Lyutova finalda dünya reytinqində 114-cü yerdə olan çexiyalı Darya Vidmanovanı 1:6, 6:1, 6:3 hesabı ilə məğlub edib.
Bu, Kristina Lyutovanın VTA turnirlərində ilk çempionluğu olub. O, bu uğuru təşkilatın himayəsi altında keçirdiyi debüt turnirində əldə edib.