- Baxış sayı: 51
- 17 Sentyabr 2026 14:26
- Baxış sayı: 174
- Sentyabr 17, 2026
- 0

Rusiyalı tennisçi Anna Kalinskaya Torontoda keçirilən VTA-1000 kateqoriyalı turnirdə üçüncü mərhələyə vəsiqə qazanıb.
Allsport.az xəbər verir ki, dünya reytinqində 21-ci pillədə qərarlaşan 27 yaşlı tennisçi ikinci mərhələdə ABŞ təmsilçisi MakKartni Kesleri 6:2, 6:7 (3:7), 6:4 hesabı ilə məğlub edib.
2 saat 40 dəqiqə davam edən görüşdən sonra Kalinskaya növbəti mərhələdə həmyerlisi Diana Şnayderlə üz-üzə gələcək.