- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Azərbaycan cüdoçuları Bakıda keçirilən “Böyük dəbilqə” turnirini 7 medalla başa vurublar. Allsport.az xəbər verir ki, kişilərin mübarizəsində Orxan Səfərov (66 kq) qızıl, Məmmədəli Mehdiyev (90 kq) gümüş, Rövşən Əliyev (60 kq), Hidayət Heydərov (73 kq), Elcan Hacıyev (81 kq) və Uşangi Kokauri (+100 kq) bürünc, qadınlarda isə İçinxorlu Muntsxedev (57 kq) gümüş medala sahib olub.
Azərbaycan medal sıralamasında 1 qızıl, 2 gümüş və 4 bürünc medalla dördüncü yeri tutub. Yaponiya (5 qızıl, 1 qızıl, 4 bürünc) 1-ci, Rusiya (2 qızıl, bir gümüş, 2 bürünc) ikinci, Almaniya isə (2 qızıl, 2 bürünc) 3-cü yeri tutub.