- Baxış sayı: 85
- 04 May 2026 21:14
- Baxış sayı: 121
- May 04, 2026
- 0

Azərbaycan atleti Anna Skidan növbəti uğura imza atıb.
Allsport.az xəbər verir ki, o, Norveçin Bergen şəhərində keçirilən çəkicatma yarışında qızıl medal qazanıb.
Skidan “Vörld atletiks”in gümüş səviyyəli turnirində 72,47 metr nəticə göstərib. O, danimarkalı və norveçli rəqiblərini qabaqlayıb.
Anna ötən həftə Polşanın Xojuv şəhərində keçirilən çəkicatma yarışında da 1-ci yeri tutub.