Slovakiya – Azərbaycan matçının referiləri

U-21 millimizin səfərdə Slovakiyaya qarşı Avropa çempionatının seçmə oyununun təyinatları açıqlanıb.

Allsport.az saytı xəbər verir ki, qarşılaşma norveçli hakimlərə həvalə edilib. Əsas referi Kristofer Hagenesə Anders Olav Dale və İsak Elias Başevkin köməklik göstərəcək. 4-cü ədalət təmsilçisi Rohit Saggi olacaq.

Oktyabrın 8-də Nitra stadionunda keçiriləcək Slovakiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Həmin kateqoriyadan