- Baxış sayı: 586
- 07 May 2026 16:16
- Baxış sayı: 168
- May 08, 2026
- 0

Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə cüdoçuların dünya birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 4-cü günündə tatamiyə 3 təmsilçimiz çıxıb.
Onlardan heç biri medal qazana bilməyib. Ən yaxşı göstərici Nigar Süleymanovada (+70 kq) olub. İdmançımız 7-ci yer tutub.
Beləliklə, yeniyetmə cüdoçular dünya çempionatını 3 medalla başa vurublar. Yarış ilk günlərində Şahin Oruczadə (55 kq) gümüş, Nizami İmranov (66 kq) və Aydan Vəliyeva (48 kq) bürünc mükafata yiyələniblər.