Son gündə daha 3 medal

Çex Respublikasının paytaxtı Praqada cüdoçuların şəxsi Avropa çempionatı sona yetib. Allsport.az saytının məlumatına görə, yarışda 40 ölkədən 209 kişi və 136 qadın iştirak edib. Sevindiricidir ki, millimiz son gündə də fərqlənə bilib.

+78 kq-da İrina Kindzerska yalnız finalda yenilib. Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) öz qruplarının qalibi olublar. İdmançılarımız sonradan büdrəsələrdə, 3-cü yer uğrunda görüşdə fürsəti fövtə derməyiblər.

Olimpiya mükafatçımız Elmar Qasımov (100 kq) 7-ci yer tutub. Avropa çempionatında ilk yeri tutan 700, gümüş mükafatçı 490, 3-cü sıraya çıxanlar 350, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 252, 182 əmsal xalı qazanıblar.

Həmin kateqoriyadan