Son gündə medal olmadı

Portuqaliyanın Almada şəhərində cüdoçuların mükafat yarışının 3-ci günündə bizdə uğur olmayıb. Allsport.az saytı xəbər verir ki, Vüqar Talıbov (90 kq) və Camal Həmzətxanov (+100 kq) ilk 7-liyə belə düşə bilməyiblər.

Cəmdə, millimizdən 1 medal qazanılıb. 81-kq-da Elcan Hacıyev 2-ci yer tutub.

Qran pridə ilk pilləni tutanlar hesablarına 700, 2-ci yerə 490 və 3-cü sırada qərarlaşanlar 350 xal; 5-ci və 7-ci mövqeyə çıxanlar müvafiq olaraq 252 və 182 xal yazıblar.

Həmin kateqoriyadan