Soydaşımızın 3-cü Amerika zəfəri

ABŞ-ın Nevada ştatının Reno şəhərində keçirilmiş cüdo üzrə Amerika çempionatında soydaşımız Zaur Cəlil (73 kq) qızıl medal qazanıb. Allsport.az xəbər verir ki, o, Amerika çempionatında üçüncü dəfə qalib olub.

Təltif olunma mərasimində Zaur Cəlil qələbəni Azərbaycan xalqına və işğaldan azad edilmiş Qarabağa həsr etdiyini bildirib.

İdmançı 1998-ci ildən ABŞ-da yaşayan, Nyu-York Azərbaycan mədəniyyət mərkəzinin prezidenti Telman Cəlilovun övladıdır.

Həmin kateqoriyadan