“Ölkə başçısından üzr istəyirəm. Sözün əsl mənasında, mənə 1 saniyə yetmədi”

“İlk olaraq cənab prezidentdən üzr istəyirəm. Bilirdim ki, qızıl ala biləcək sonuncu idmançı idim və buna çox az qalmışdı (göz yaşlarını saxlaya bilmir). Sözün əsl mənasında, mənə 1 saniyə yetmədi”.

Allsport.az saytı xəbər verir ki, bunu Tokio-2020-də gümüş medal qazanan karateçimiz İrina Zaretska (+61 kq) deyib. Titullu idmançı finalda misirli Feryal Abdelazizə 0:2 hesabı ilə uduzmasını heç cür təsəvvür bilmir:

“İndi anlayıram ki, bu necə vacib idi. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bilirəm ki, bütün Azərbaycan məndən qızıl medal gözləyirdi. Mənə yazırdılar, işarələyirdilər. Dəstəyiniz üçün çox sağ olun, nəsə olsa, bağışlayın”.

Həmin kateqoriyadan