“Srvena Zvezda”nın futbolçusu millimizdə

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb.

Allsport.az xəbər verir ki, hazırlıq prosesi Bakıda gerçəkləşir. Fevralın 16-dək davam edəcək toplanışda 24 futbolçu iştirak edir.

Yığmaya Almaniyanın “Rot-Vayss Oberhausen” və “Vayss Oberhausen”, Rusiyanın “Stroqino” və “Dinamovets”, İsveçin “Brommapoykarna” və Serbiyanın “Srvena Zvezda” klublarının futbolçuları da çağırılıb.

Qeyd edək ki, Bakı toplanışından sonra Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək yekun heyət müəyyənləşəcək.

Həmin kateqoriyadan