Stolüstü tennisçilər Xorvatiyaya yollanıblar

Allsport.az xəbər verir ki, stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışda iştirak edəcəklər.

Söhbət Avropa stolüstü tennis ittifaqının “Europe youth series” turnirindən gedir.
Aprelin 26-dan 30-dək Xorvatiyanın Osiyek şəhərində keçiriləcək yarışda 4 idmançımız bacarığını göstərəcək.

Məşqçilər Mixail Timofeyevlə Elnur Hidayətzadənin rəhbərliyi ilə Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov Xorvatiyaya yola düşüb.

İdmançılarımız Osiyek sınaqlarında həm şəxsi, həm komanda, həm də qoşa turnirdə mübarizə aparacaqlar.

Həmin kateqoriyadan