Sumqayıt birinciliyinin 2 ci yarış gününə start verilib

U-15 kiçik yaşlı yeniyetmələr arasında Sumqayıt şəhər birinciliyinin ikinci yarış günü keçirilir

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 15 yaşa qədər yeniyetmələr arasında Sumqayıt şəhər birinciliyinin ikinci yarış günündə 151 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

15 apreldə Sumqayıt Olimpiya İdman Kompleksində oğlanlar arasında 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq, 73 kq və 73 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşəcək.

Yarışın ilkin görüşləri saat 10:00-da başlayacaq.

Həmin kateqoriyadan