- Baxış sayı: 44
- 23 Aprel 2024 22:30
- Baxış sayı: 36
- Aprel 23, 2024
- 0
Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə 6-cı açıq respublika yarışı start götürüb. Allsport.az saytı xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyi, Cüdo federasiyası, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılıqları ilə keçirilir.
Turnirdə Bakı, Sumqayıt, Naxçıvan, Bərdə, Mingəçevir, Qusar, Qubadlı, Şabran, Laçın, Qax, Şuşa, Siyəzən, Qəbələ, Şirvan, Masallı, Xızı, Qobustan, İsmayıllı, Ağcabədi ilə yanaşı Rusiyanın Nalçik, Dərbənd şəhərlərinin və Ukraynanın yeniyetmələri mübarizə aparırlar.
Qeyd edək ki, 39 komandadan 563 cüdoçunun qatıldığı çempionat 2 gün davam edəcək.