Sumqayıtda cüdo üzrə ustad dərsi

10 sentyabrda Sumqayıtda “Göyərçin” parkında cüdo federasiyasının təşkilatçılığı ilə ustad dərsi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, tədbir ACF-in vitse-prezidenti Elnur Məmmədli, ACF prezidentinin müşaviri Natiq Bağırov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli tərəfindən olacaq.

Məşğələdə yeniyetmələrin dünya çempionatının gümüş mükafatçısı və Avropa çempionatının qızıl medalçısı Şahin Oruczadə (55 kq.), həmçinin Avropa çempionatının bürünc medalçısı Nicat Nağıyev (66 kq.) da iştirak edəcəklər. Bundan əlavə, yeniyetmə qızlardan ibarət millinin üzvləri Aydan Verdiyeva, Aynur Əfəndiyeva də ustad dərslərinə qatılacaqlar.

Tədbir saat 18:00-da başlayacaq və 6 yaşdan yuxarı hər kəs idman geyimində tədbirdə ödənişsiz iştirak edə bilər. Bu cür layihələrin həyata keçirilməsində ACF-in əsas məqsədi gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə vermək, idmanla məşğul olan uşaqların, gənclərin sayını artırmaq və cüdonu növünü təbliğ etməkdir.

Həmin kateqoriyadan