“Şuşa ili”nə həsr olunan cüdo üzrə Sumqayıt birinciliyi başa çatıb

Sumqayıt olimpiya idman kompleksində U-15 yeniyetmə cüdoçuların şəhər birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki,  “Şuşa ili”nə həsr olunan yarışda 300-dən çox idmançı 20 çəkidə mübarizə aparıb.

Oğlanlarda Bəhruz Şıxəliyev (34 kq), Fərid Xudiyev (38 kq), Elməddin Gözəlov (42 kq), Abdulla Kərimov (46 kq), Kamal İbadov (50 kq), Ramazan Rzayev (55 kq), Əmi Şirinov (60 kq), İbrahim Balayev (66 kq), Bəhruz Məmmədov (73 kq) və Polad Poladov (+73 kq) bütün rəqiblərini məyus ediblər.

Qızlarda Aylin Məcidli (28 kq), Zəhra Quliyeva (32 kq), Nigar Məmişova (36 kq), Nigar Əliyeva (40 kq), Fatimə Qurbanova (44 kq), Nazlı Səfərli (48 kq), Milena Hüseynova (52 kq), Nərmin Yusifova (57 kq), Bənurə Bağırova (63 kq) və Nuranə Məhərrəmova (+63 kq) 1-ci yer tutublar.

Həmin kateqoriyadan