Təl-Əviv qran-prisində medal son gündə qazanıldı: İrina Kindzerska 1-ci, Məmmədəli Mehdiyev 3-cü oldu

Cüdoçuların Təl-Əviv qran-prisi sona yetib. Allsport.az saytının məlumata görə, millimiz yarışın 3-cü günündə medal qazana bilib. Qadınlarda İrina Kindzerska (+78 kq) finala qədər itkisiz irəliləyib. Həlledici tutaşmada ukraynalı Yekaterina Kalaninaya da qalib gələn təmsilçimiz fəxri kürsünün ən yüksək zirvəsinə çıxıb.

Digər mükafata Məmmədəli Mehdiyev (90 kq) yiyələnib. O, 3-cü yer tutub. Bakıda keçirilən son dünya çempionatının gümüş medaıçısı Uşanqi Kokauri (+100 kq) 5-ci yerlə kifayətlənib. Tural Safquliyev (90 kq), Elmar Qasımov (100 kq) və Şahin Qəhrəmanov (+100 kq) ilk 7-liyə düşə bilməyiblər. 

Qeyd edək ki, mükafat yarışlarında ilk pilləni tutanlar hesablarına 700, 2-ci yerə 490 və 3-cü sırada qərarlaşanlar 350 xal; 5-ci və 7-ci mövqeyə çıxanlar müvafiq olaraq 252 və 182 xal yazıblar.

Həmin kateqoriyadan