Təl-Əviv qran-prisinin ilk günü medal olmadı – İbrahim Əliyev 5-ci yerlə kifayətləndi

Bu gün cüdo millimiz İsraildə ilin ilk yarışına çıxıb. Allsport.az saytının məlumata görə, Təl-Əviv qran-prisinin ilk günü komandaya düşərli olmayıb. Tatamiyə çıxan 7 idmançıdan heç biri medal qazanmayıb.

Ən yaxşı nəticəni İbrahim Əliyev (66 kq) göstərib. O, 5-ci olub. Bu çəkidə lider Orxan Səfərov 7-ci yer tutub. Rövşən Əliyev, Rəşad Yelkiyev (hər ikisi – 60 kq), Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva və Buyankşiq Purevsuren (52 kq) mübarizəni elə startda dayandırıblar.

Qeyd edək ki, mükafat yarışlarında ilk pilləni tutanlar hesablarına 700, 2-ci yerə 490 və 3-cü sırada qərarlaşanlar 350 xal; 5-ci və 7-ci mövqeyə çıxanlar müvafiq olaraq 252 və 182 xal yazırlar.

Həmin kateqoriyadan