“Təmiz idman” qaliblər cərgəsində!

Milli mətbuat günü ilə əlaqədar bu gün milli antidopinq agentliyi tədbir təşkil etdi. Toplantının sonunda KİV arasında əyləncəli-intellektual viktorina keçirildi. Yarışmada 6 komanda – “Təmiz idman”, “Sağlam rəqabət”, “Ədalətli oyun”, “Dürüst idmançı”, “Dopinqə yox” və “Layiqli qələbə” iştirak etdi.

Gərgin mübarizədə adları ilk 2 çəkilən komandaların xalları eyni olduğu üçün, əlavə “qızıl xal” oynanıldı. Bu mərhələdə tərəflər 2 dəfə sualı düz cavab verdi. Nəticədə, təşkilatçılar qərara gəldilər ki, qalib 2 komanda olsun. Fərqlənənlərə GoSport” idman mağazaları şəbəkəsi tərəfindən hədiyyə qəbzi təqdim edilib.

Fərəhlidir ki, “Təmiz idman”da qaliblər sırasında Allsport.az saytının baş redaktoru Kamran Hacı da vardı. Komandada digər həmkarlar – Sənan Şəfizadə (ATV), Tural Xuduyev (“Space” TV), Səxavət Quluyev (Azərtac.az) və Bəhruz Məmmədov (Estafet.az) yer almışdılar.

Həmin kateqoriyadan